Mourinyo “Bavariya”nın futbolçusunu istəyir: Onun azarkeşidir
“Bavariya”nın sol cinah müdafiəçisi Rafael Qerreyro karyerasını “Benfika”da davam etdirə bilər.
Aut.az xəbər verir ki, portuqaliyalı futbolçunun müqaviləsi gələn ilin ortasında başa çatır və bu səbəbdən yanvarda daha aşağı qiymətə transfer olunması mümkündür.
“A Bola”nın məlumatına görə, Lissabon klubunun baş məşqçisi Joze Mourinyo Münhendə müntəzəm oyun praktikasından məhrum qalan 31 yaşlı futbolçunun böyük azarkeşidir. Qerreyro əvvəllər “Benfika”nın azarkeşi olduğunu açıq şəkildə bildirib ki, bu da “qartallar” üçün danışıqları asanlaşdıra bilər.
Bununla belə, “Bavariya” çoxsaylı mövqelərdə — müdafiə, yarımmüdafiə və hətta hücum xəttində oynaya bilən təcrübəli futbolçu ilə yolları ayırmağa tələsmir.
Aut.az
