Ronaldodan hər kəsi təəccübləndirəcək açıqlama: “Real”da pulsuz oynayırdıq
“Real”ın əfsanəvi hücumçusu Ronaldo Nazario Madrid klubunun “qalaktikos” dövrünü xatırlayıb.
Aut.az xəbər verir ki, Marca nəşrinə verdiyi müsahibədə o, layihənin maliyyə tərəfinin əslində necə qurulduğunu açıqlayıb:
“Bütün ulduzların maaşı eyni idi. Amma mən və Devid Bekhem sponsor müqavilələri hesabına daha çox qazanırdıq və bu gəlirlərin bir hissəsini klubla bölüşürdük. Əslində, biz pulsuz oynayırdıq”.
Aut.az
