İspaniya

Vinisius ən yaxşı seçildi

“Real”ın hücumçusu Vinisius Junior La Liqada mart ayının ən yaxşı oyunçusu seçilib.

Aut.az xəbər verir ki, mükafat uğrunda mübarizədə braziliyalı vinger Robert Levandovski (“Barselona”), Brais Mendesi (“Real Sosyedad”), Aleksandr Sörlotu (“Vilyarreal)” və Qorka Qurusetanı (“Atletik”) qabaqlayıb.

Geridə qalan ayda Vinisius İspaniya çempionatında 3 oyun keçirib və 5 qol vurub. Braziliyalı futbolçu “Valensiya” və “Osasuna” ilə görüşlərdə dubl edib, “Selta”ya qarşı oyunda isə bir dəfə fərqlənib.

Aut.az