Boks

Bu döyüşə görə rekord məbləğdə mükafat alıb

İkinci yüngül çəkidə  bütün çempionluq kəmərlərinə sahib olan yapon boksçusu Naoya İnoue meksikalı Alan David Pikassoya qalib gəldiyi döyüşə görə rekord məbləğdə mükafat qazanıb.

Aut.az xəbər verir ki, bu barədə “Sanspo” nəşri məlumat yayıb.

Şəksiz çempion təxminən 4 milyard yen (təxminən 26 milyon ABŞ dolları) qazanıb. Müqayisə üçün, İnouenin əvvəlki döyüşlər üçün maksimum qazancı heç vaxt 5 milyon dolları keçməyib.

32 yaşlı yapon boksçusu üçün bu döyüş divizionda şəksiz çempion statusunun altıncı uğurlu müdafiəsi oldu.

Aut.az