Boks

Tayson MY-ni ələ saldı

Britaniyalı ağır çəkili Tayson Fyuri Frensis Nqannou ilə döyüşdə uduzacağı təqdirdə pərəstişkarlarının reaksiyasını proqnozlaşdırıb.

“MMA təmsilçisi ilə döyüşmək ağır kateqoriya təmsilçisi kimi mənim üçün artıq böyük riskdir. Mən məğlub olsam nə olar? Düşünürəm ki, mənə güləcəklər. Ötən mövsüm “Liverpul”a 0:7 hesabı ilə uduzan “Mançester Yunayted” kimi məni də ələ salacaqlar. Bundan sağalmaq çətin olacaq”, – Fyuri bildirib.

Əvvəllər məlum olub ki, Aleksandr Usik və Tayson Fyuri çempionluq döyüşü üçün sənədlər imzalayıblar , lakin britaniyalı əvvəlcə oktyabrın 28-də keçmiş UFC çempionu Frensis Nqannu ilə döyüşəcək.

Aut.az