Karyerasını harada davam etdirəcək? – Bukmekerlər əmsalları açıqladı
Vinisius karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Aut.az xəbər verir ki, azarkeşlərin təhqirləri səbəbindən futbolçunun 2027-ci ildə başa çatacaq müqaviləsini yeniləməkdə şübhələri olduğu bildirilir.
Bukmekerlərin fikrincə, Vinisius üçün ən çox ehtimal olunan yer Səudiyyə Ərəbistanıdır. Əsas seçimlər arasında “Mançester Siti” və PSJ də var.
Bukmekerlərə görə Vinisiusun növbəti klubu:
- Səudiyyə Ərəbistanında istənilən klub – 6.50
- “Mançester Siti” – 11.00
- PSJ – 13:00
- “Arsenal” – 15.00
- “Liverpul” – 19.00
Aut.az
