Azərbaycan futbolu

“Qarabağ”ı futbolçusuna Braziliyadan ikinci təklif gəldi

“Qarabağ”ın müdafiəçisi Mateus Silva Braziliyanın “Vitoria” klubunun hədəfindədir.

Aut.az xəbər verir ki, bu barədə “MeuVitoria” məlumat yayıb. ilkin əlaqələr artıq baş tutub, lakin hələlik rəsmi təklif və ya aktiv danışıqlar olmadığı üçün razılaşma olmayıb.

Transferə mane olan əsas amil braziliyalı futbolçunun Ağdam klubu ilə uzunmüddətli müqaviləsidir.

Qeyd edək ki, Braziliya mətbuatı “Flamenqo”nun da onunla maraqlandığı iddia edir.

Ağdam klubu ilə MateusSilva arasındakı müqavilə 2027-ci ilin yayına qədər qüvvədədir.