Azərbaycan futbolu

“Neftçi” yeni transferini açıqladı – RƏSMİ

“Neftçi” daha bir keçidi rəsmiləşdirib.

Aut.az xəbər verir ki, “ağ-qaralar” Venesuela millisinin üzvü Freddi Varqasla anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Paytaxt təmsilçisi İsrailin “Makkabi Netanya”dan Varqası icarəyə götürüb.

26 yaşlı futbolçu 2025/26 mövsümündə “ağ-qaralar”ın formasını geyinəcək. Varqas Venesuela millisində 3 oyuna çıxıb. O, karyerası ərzində “Deportivo Lara”, “Dallas”, “Nort Texas”, “Metropolitanos”, “Makkabi Bney Reyneh” klublarında oynayıb.