“Old Trafford” təmir ediləcək: Bu problemlərə görə
“Mançester Yunayted” “Old Trafford” stadionundakı sızan damı təmir etməyi planlaşdırır.
Aut.az xəbər verir ki, “Daily Mail”in məlumatına görə, MY yay mövsümündə stadionda təmir işləri aparmağı nəzərdə tutur. Prioritet olaraq drenaj sisteminin yenilənməsi planlaşdırılır ki, bu da yağış sularının damda toplanmasının və kanalların tıxanmasının qarşısını alacaq.
Bundan əlavə, “Old Trafford” stadionunda meydançanın əsaslı təmiri və əvəzedici oyunçular üçün skamyaların yeni UEFA qaydalarına uyğunlaşdırılması da planlaşdırılır.
Qeyd olunur ki, “Mançester Yunayted” hələ də 100,000 tamaşaçı tutumlu yeni stadion inşa etməyi planlaşdırır, lakin klub rəhbərliyi mövcud arenanın bütün standartlara cavab verməsini təmin etmək istəyir.
Aut.az
