Dünya çempionu reytinqdən çıxarılacaq?
Şahmat üzrə keçmiş dünya çempionu Din Liçen yanvar ayında FİDE reytinqindən çıxarıla bilər.
Aut.az xəbər verir ki, 2024-cü ilin sonunda titulu itirdikdən sonra Çinli qrossmeyster bir dəqiqəlik klassik reytinq oyununda iştirak etməyib. Federasiya qaydalarına görə, bu səbəbdən Liçen inaktivlik üzündən reytinq siyahısından çıxarılacaq.
Liçen dünya çempionu statusunu Maqnus Karlsenin Yan Nepomnyasçiyə qarşı titul müdafiəsindən imtina etməsi nəticəsində əldə edib. 2023-cü ildə Din rusiyalı şahmatçını 9,5:8,5 hesabı ilə məğlub etmişdi.
2024-cü ilin sonunda Liçen Qukeş Dommarajuya uduzaraq dünya çempionluğu titulunu itirib və o vaxtdan bəri klassik oyunlara geri dönməyib.
Hazırda Liçen şahmatçıların reytinqində 16-cı yerdədir və 2734 ELO xalı var.
Aut.az
