Qaydasız döyüş

Gürcüstanlı ilin ən yaxşı döyüşçüsü seçildi

UFC-nin ən yüngül çəki dərəcəsində (61 kq-a qədər) sabiq çempion, 34 yaşlı gürcüstanlı Merab Dvalişvili nüfuzlu ABŞ saytı “MMAJunkie”-nin versiyasına görə ilin ən yaxşı döyüşçüsü seçilib.

Aut.az xəbər verir ki, “MMAJunkie”nin rəsmi açıqlamasında qeyd olunur:

“Bəli, Merab Dvalişvili son döyüşünü uduzub. Lakin son 12 ay ərzində əldə etdikləri və bizi heyran edən çıxışı, onu bəlkə də bütün dövrlərin ən böyük ən yüngül çəki döyüşçüsü kimi təsdiqləməsi ilin ən yaxşısı adına digər namizədlərlə müqayisədə daha çox seçilir”.

“MMAJunkie”nin reportyorları arasında keçirilən səsvermədə üç namizəd yer alıb: Merab Dvalişvili, İslam Mahaçev və Pyotr Yan. Nəticədə Dvalişvili 6 səs toplayıb, Mahaçev 5 səs alıb, Pyotr Yan isə 1 səslə kifayətlənib.

Aut.az