Almaniya

“Bavariya” onun tələblərini qəbul etdi

“Bavariya” müdafiəçi Dayot Upamekanonun müqaviləsinin uzadılması ilə bağlı mövqeyini yumşaltmağa hazırdır.

Aut.az xəbər verir ki, bu barədə BILD məlumat yayıb.

Problemin əsas məqamı sərbəst qalma maddəsi olub, maliyyə şərtləri isə tərəflər arasında razılaşdırılıb.

Fransız müdafiəçinin nümayəndələri 65 milyon avroluq azad qalma maddəsinin 2027-ci ildə qüvvəyə minməsini tələb edirdilər, lakin “Bayern” bu seçimin bir il gecikməsini istəyirdi. İndi isə bavariyalılar Upamekanonun tələblərini qəbul etməyə və yeni müqaviləni tezliklə yekunlaşdırmağa hazırdır.

27 yaşlı oyunçunun cari müqaviləsi gələn yay başa çatırdı. Sözləşmə 2030-cu ilə qədər uzadılacaq, əhəmiyyətli maaş artımı və imza bonusu nəzərdə tutulan yeni təklif təqdim edib.

Qeyd edək ki, fransız müdafiəçi “Real”, PSJ və “Liverpul”un maraq dairəsindədir.

Aut.az