“Milan”ın ulduzu Avropa nəhənginin hədəfində
“Milan”ın hücumçusu Rafael Leao karyerasını Almaniyada davam etdirə bilər.
Aut.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Şira məlumat verib.
Mənbənin sözlərinə görə, 25 yaşlı portuqaliyalı ilə “Bavariya” maraqlanır.
Ötən mövsüm Leao 50 oyun keçirib, 12 qol vurub və 13 məhsuldar ötürmə edib. Onun “Milan”la hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. “Transfermarkt” oyunçunun dəyərini 75 milyon avro olaraq qiymətləndirir.
Aut.az
