Azərbaycan futbolu

Bəhlul Mustafazadə Aydın Süleymanlı ilə şahmat oynadı – FOTO

“Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə şahmat oynayıb.

Aut.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisinin rəqibi kişilərdən ibarət şahmat yığmamızın üzvü, tanınmış qrosmeyster Aydın Süleymanlı olub. Hazırda istirahətdə olan Mustafazadə asudə vaxtını 20 yaşlı şahmatçı ilə birlikdə keçirib.

Bəhlul futbolla yanaşı digər idman növlərinə, xüsusilə şahmata maraq göstərir. Sosail şəbəkələrdə onun boş vaxtlarında dəfələrlə şahmat oynadığını əks etdirən fotolar yayılır.

Aut

Bəhlul Mustafazadə Aydın Süleymanlı ilə şahmat oynadı - FOTO