Basketbol

NBA-nın ən dəyərli 10 klubu

“Forbes” jurnalı Milli Basketbol Assosiasiyasının (NBA) 2025-ci il üçün bazar dəyəri üzrə reytinqini dərc edib.

Aut.az xəbər verir ki, “Qolden Steyt Uorriors” dünyanın bütün basketbol komandaları arasında birinci, bütün idman franşizaları arasında isə ikinci yerdədir.

“Forbes” jurnalına görə NBA-nın ən dəyərli 10 komandası:

  1. “Qolden Steyt Uorriors” – 11.0 milyard dollar (dünyada 2-ci yer).
  2. “Los Anceles Leykers” – 10.0 milyard dollar (dünyada 5-ci yer).
  3. “Nyu-York Niks” – 9.75 milyard dollar (dünyada 6-cı yer).
  4. “Los-Anceles Klippers” – 7.5 milyard dollar (dünyada 15-ci yer).
  5. “Boston Seltiks” – 6.7 milyard dollar (dünyada 21-ci yer).
  6. “Çikaqo Bulls” – 6.0 milyard dollar (dünyada 34-cü yer).
  7. “Hyuston Rokets” – 5.9 milyard dollar (dünyada 37-ci yer).
  8. “Mayami Hit” – 5.7 milyard dollar (dünyada 40-cı yer).
  9. “Bruklin Nets” – 5.6 milyard dollar (dünyada 43-cü yer).
  10. “Filadelfiya Siksers” – 5.45 milyard dollar (dünyada 43-cü).

Aut.az