“Gəncə” heyətinə yeni legioner cəlb etdi
“Gəncə” klubu heyətinə ABŞ-dən olan daha bir basketbolçu qatıb.
Aut.az xəbər verir ki, məlumatı qərb təmsilçisinin mətbuat xidməti yayıb.
Kori Rivs “sarı-göylər”in formasını geyinəcək.
Qeyd edək ki, 27 yaşlı oyunçu son olaraq Albaniyanın “Beselidja” komandasında çıxış edib.
