“Quba”da yeni legioner
“Quba” basketbol klubu heyətini yeni legionerlə gücləndirib.
Aut.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Klub ABŞ-dan olan basketbolçu Jalen Reynoldsla anlaşıb.
Son mövsümü ölkəsinin təmsilçisi “Southern Jaguars”da keçirən 201 sm boya malik mərkəz hücumçusu artıq “Quba”nın məşqlərinə qoşulub.
