Tennis

Danışılmış oyun: Tennisçiyə 12 il cəza verildi

Beynəlxalq Tennis Bütövlüyü Təşkilatının (ITIA) məlumatına görə, dünya reytinqində 1316-cı olan çinli tennisçi Pan Jenlun danışılmış oyunlara görə 12 illik diskvalifikasiya alıb.

Aut.az xəbər verir ki, çinli 2024-cü ilin may-sentyabr ayları arasında 22 oyunda danışılmış oyunlar təşkil etməkdə və ya təşkil etməyə cəhd etməkdə ittiham olunurdu.

Jenlun peşəkar turnirlərdə özünün beş oyununda qəzdən uduzub, eləcə də digər peşəkar oyunçulara 17 dəfə rüşvət verməyə cəhd edib.

Diskvalifikasiya ilə yanaşı, Jenlun 110.000 dollar cərimə olunub, bunun 77.000 dolları isə şərtidir.

Aut.az