İspaniya

“Real”ın ulduzunun ağrıları davam edir: Oynaya bilməyəcək?

“Real”ın yarımmüdafiəçisi Federiko Valverde bu gün keçirilən məşqdə iştirak etməyib.

Aut.az xəbər verir ki, uruqvaylı futbolçu bir neçə həftədir davam edən əzələ diskomfortundan tam bərpa olunmayıb.

Valverde həftəiçi İspaniya Kubokunda “Talavera”ya qarşı oyunu buraxıb və həmin matç onun fiziki durumunu bərpa etməsi üçün fürsət kimi dəyərləndirilib. Lakin hazırda yarımmüdafiəçinin sabah La Liqada “Sevilya”ya qarşı keçiriləcək oyunda da meydana çıxmamaq riski var.

Xabi Alonsonun komandasında əsas fiqurlardan biri olan Valverde bu mövsüm bütün turnirlərdə 22 oyunda iştirak edib və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

“Real” hazırda bir sıra zədələrlə üzləşsə də, “Sevilya” ilə oyunun heyətində Eduardo Kamavinqa, Ferlan Mendi və David Alabanın geri dönüşü mümkün ola bilər.

Aut.az