Dünya futbolu

Sonradan sildi: Yamalın aktrisanın erotik FOTOSUNA reaksiyası gündəm oldu

Məşhur aktrisa Sofiya Verqara istifadəçilərin “mübahisəli” adlandırdığı bir foto paylaşdıqdan sonra sosial mediada müzakirə dalğasına səbəb olub.

Aut.az xəbər verir ki, şəkil tez bir zamanda trendə çevrilib, pərəstişkarları və media tərəfindən qızğın reaksiyaya səbəb oldu.

Fotoda üzündə və saçlarında ağ maye olan, əlində şampun şüşəsi tutan 53 yaşlı bir qadın təsvir olunub. Bir çox istifadəçi bunu təxribatçı alt mətn və erotizmlə sərhəd olan bir istinad kimi qəbul edib.

Paylaşımın altına bir-birinin ardınca şərhlər gəlib. “Barsa”nın ulduzu Lamin Yamalın qısa və “Vay” sözü ilə reaksiyası diqqət çəkdi.

Şərh sonradan silinib, lakin ekran görüntüləri tez bir zamanda internetdə yayılıb. Xatırladaq ki, Lamin əvvəllər 25 yaşlı sevgilisi, argentinalı müğənni Niki Nikoldan ayrılmışdı

Aut.az

Sonradan sildi: Yamalın aktrisanın erotik FOTOSUNA reaksiyası gündəm oldu