Dünya futbolu

Bu sualdan sonra Berdıyev az qaldı ki, ağlasın – VİDEO

Mahaçqala “Dinamo”sunun baş məşqçisi Qurban Berdıyev Birinci Liqanın 7-ci turunda Yaroslavl “Şinnik”i ilə heç-heçə (1:1) başa çatan oyundan sonra hədsiz əsəbiləşib.

Aut.az xəbər verir ki, oyunsonrası mətbuat konfransında Berdıyev jurnalistin sualından sonra göz yaşlarını zorla saxlayıb.

“Görünürdü ki, ikinci hissədə çox asanlıqla qol buraxdınız” sualına Berdıyev kövrələrək belə cavab verib:

“Bəli, məsələ ondadır ki, fasilə zamanı zonanı necə bağlamaq lazım olduğunu göstərdim. Məşqdə də göstərmişdim. Fasilədə bir daha göstərdim ki, qol olmasın. Biabırçı xal itkisi… Çətin qol vururuq, asanlıqla buraxırıq”, – deyə 71 yaşlı mütəxəssis bildirib.

Mahaçqala “Dinamo”su 7 turdan sonra 9 xalla Birinci Liqa turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.

Aut.az