Ukrayna Avroliqa-2023-dən imtina etdi
Ukraynanın çimərlik futbolu komandası kişilər arasında Avroliqa-2023-də oynamaqdan imtina edib.
Aut.az xəbər verir ki, buna səbəb turnirdə ölkə bayrağı altında təmsil olunan Belarus yığmasının iştirak etməsidir.
Ukrayna Gənclər və İdman Nazirliyinin 26 iyul 2023-cü il tarixli 4435 saylı əmri var ki, Rusiya Federasiyası və Belarus Respublikasını təmsil edən idmançıların və ya komandaların da iştirak etdiyi beynəlxalq yarışlarda iştirak qadağandır.
Bu əmrə uyğun olaraq Ukrayna yığması turnirdə iştirakdan imtina edib.
Qeyd edək ki, Avroliqa-2023 sentyabrın 9-dan 15-nə qədər İtaliyada keçiriləcək.
Turnirdə Azərbaycan yığması da iştirak edəcək. Azərbaycan B qrupunda İsveçrə, Türkiyə və Rumıniya ilə mübarizə aparacaq.
Aut.az
