Dünya futbolu

Mourinyo jurnalistlə “atışdı” – Zaman-zaman dediyim axmaq sözlərlə deyil…

“Benfika”nın baş məşqçisi Joze Mourinyo Portuqaliya Kubokunun 5-ci turunda “Farense” ilə oyundan əvvəl jurnalistlə mübahisə edib.

Aut.az xəbər verir ki, mətbuat konfransı zamanı jurnalistlərdən biri 62 yaşlı portuqaliyalıdan jurnalistlərə verdiyi açıqlamaların “psixoloji fəndlər və zehni oyunlar”ın bir hissəsi olub-olmadığını soruşub.

“Bağışlayın, amma düşünürəm ki, zaman-zaman dediyim axmaq sözlərlə deyil, qazandığım titullarla tanınıram”, – deyə “Goal” Mourinyonun sözlərini sitat gətirib.

Portuqaliyalı mütəxəssis karyerası ərzində 26 kubok qazanıb, o cümlədən iki Çempionlar Liqası kuboku.

Aut.az