İngiltərə

“Siti”nin ulduzu Şaxta Baba oldu, “Yunayted”in azyaşlı azarkeşini belə təbrik etdi – VİDEO

“Mançester Siti”nin hücumçusu Erlinq Haaland mançesterli uşaqları sevindirib.

Aut.az xəbər verir ki, norveçli Şaxta Baba roluna girərək gənc pərəstişkarlarını Milad bayramı münasibətilə təbrik edib.

Maraqlıdır ki, “Mançester Yunayted”i dəstəkləyən bir uşaq “Mançester Siti” azarkeşlərinin qrupunda olub.

Haaland oğlana hədiyyə verib, zarafatla onu təbrik edib, çünki həm “Mançester Yunayted” azarkeşləri, həm də klub hazırda çətin günlər keçirir.

Aut.az