Pedri Messinin rekordunu qırdı
“Barselona”nın yarımmüdafiəçisi Pedri Kataloniya klubunun heyətində İspaniya çempionatında 150 rəsmi oyun keçirib.
Aut.az xəbər verir ki, “Opta”nın məlumatına görə, əlamətdar oyun La Liqanın 16-cı turunda baş tutub: 23 yaşlı ispaniyalı 13 dekabrda “Osasuna” ilə matçda start heyətində yer alıb.
Bu matç Pedri üçün əlamətdar olub – o, “Barselona” tarixində 150 La Liqa oyununda iştirak edən ən gənc oyunçu olub və Lionel Messinin 2010-cu ildəki rekordunu qırıb.
Argentinalı futbolçu İspaniya liqasında 150-ci oyununa 23 yaş 121 günlüyündə çıxıb – bu, 23 oktyabr 2010-cu ildə “Saraqosa”ya qarşı 2:0 hesablı qələbə ilə başa çatan oyunda baş verib. Pedri bu mərhələyə 23 yaş 18 günlüyündə çatıb.
İspaniyalı yarımmüdafiəçinin La Liqada 150 oyuna çıxması üçün beş ildən bir qədər çox vaxt lazım olub. O, “Barselona”nın heyətində La Liqada debütünü 27 sentyabr 2020-ci ildə “Vilyarreal”a qarşı oyunda edib.
Aut.az
