Kateqoriyasız

İlk dəfə superkuboku qazandılar: Baş məşqçi də tarixə düşdü

Belçika Superkubokunun qalibi müəyyənləşib. 

Aut.az xəbər verir ki, kubok uğrunda görüşdə “Union Sent-Jil” klubu “Brügge”yə 2:1 hesabı ilə qalib gəlib. 2023/24 mövsümündə Belçika kubokunu qazanan “Union” tarixində ilk dəfə ölkə Superkubokunu da muzeyinə aparıb.

“Union”nun baş məşqçisi Sebastian Pokonyoli komandanın sükanı arxasında ilk oyununda Belçika Superkubokunu qazanan ən gənc məşqçi kimi ölkəsinin tarixinə düşüb. Mütəxəssis buna 36 il 347 günlüyündə nail olub.