Digər

Yenidən prezident seçildi

Beynəlxalq Avtomobil Federasiyasının (FIA) rəhbəri Məhəmməd bin Sulayem təşkilatın Daşkənddə keçirilən Baş Assambleyasındakı seçkilərin nəticəsinə əsasən ikinci müddətə prezident seçilib.

Aut.az xəbər verir kibin Sulayem səslərin 91,5 faizini qazanıb. Bu dəfə prezidentlik uğrunda başqa namizəd olmayıb.

Məlumata görə, digər namizədlər FIA-nın nizamnaməsindəki tələblərə görə qeydiyyat mərhələsində çətinliklərlə üzləşiblər. Prezidentliyə namizədliyini irəli sürmək üçün 10 nəfərlik rəhbər siyahısı təqdim olunmalıdır. Bu siyahıda Senat prezidenti, mobillik və turizm üzrə vitse-prezident, idman üzrə vitse-prezident və idman sahəsi üzrə yeddi vitse-prezident yer almalıdır.

Həmin yeddi vitse-prezident isə FIA tərəfindən təsdiqlənmiş və Dünya Avtoidman Şurasına (WMSC) namizədliyi irəli sürülmüş şəxslər arasından seçilməli və müxtəlif regionları təmsil etməlidir.

Aut.az