Basketbol

NBA-nın ən çox qazanan baş məşqçiləri – SİYAHI

Stiv Kerr (“Qolden Steyt Uarriors”) cari mövsümdə Milli Basketbol Assosiasiyasının (NBA) ən yüksək maaşlı baş məşqçidir.

Aut.az xəbər verir ki, bu barədə “Sportico” məlumat yayıb.

Nəşrin məlumatına görə, mütəxəssisin illik maaşı 17,5 milyon dollardır.

NBA-da ikinci ən yüksək maaş “Mayami Hit”in baş məşqçisi Erik Spoelstraya məxsusdur, üçüncü yeri isə “Los Anceles Klippers”in çalışdırıcısı Tironn Lue tutur.

NBA-nın ən yüksək maaşlı baş məşqçiləri – Sportico-nun məlumatına görə:

1. Stiv Kerr (“Qolden Steyt Uarriors”) — 17,5 milyon dollar
2. Erik Spoelstra (“Mayami Hit”) — 15 milyon
3. Tironn Lue (“Los Anceles Klippers”) — 15 milyon
4. Dok Rivers (“Miloki Baks”) — 11 milyon
5. Ayme Udoka (“Hyuston Rokets”) — 11 milyon
6. Coy Mazzulla (“Boston Seltiks”) — 11 milyon
7. Rik Karlisli (“İndiana Peysers”) — 11 milyon
8. Mayk Brayn (“Nyu York Nicks”) — 10 milyon
9. Ceyson Kidd (“Dallas Mevriks”) — 9,5 milyon
10. J.J. Redik (“Los Anceles Leykers”) — 9 milyon