NBA tarixinin ən yaşlısı bu komanda olacaq: Gələn mövsüm rekord qırılacaq
“Los-Anceles Klippers” Milli Basketbol Assosiasiyasının (NBA) tarixində ən yaşlı komanda olacaq.
Aut.az xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində məşhur “Crazy Stats” hesabı məlumat yayıb.
Hazırda liqa tarixinin ən yaşlı komandası 2000-01 mövsümündə çıxış etmiş “Yuta Cazz” komandasıdır. Komandanın orta yaşı 32,6 idi. Mütəxəssislər 2025-26 mövsümündə “Klippers”in 33,2 yaşı keçəcəyini və bu baxımdan rekordçu olacağını proqnozlaşdırırlar.
“Klippers”in ən yaşlı oyunçusu Kris Poldur (40), ikinci yerdə isə Bruk Lopes (37) qərarlaşıb. Ceyms Harden və Nikolas Batumunun hər ikisinin 36 yaşı var.
Aut.az
