Bu qadın dünya çempionatının finalında qalmaqal törətdi – VİDEO
Şon Merfi və Vu İtse arasında keçirilən Dünya Snuker Çempionatının finalında qalmaqal yaşanıb.
Aut.az xəbər verir ki, bir qadın baryerin üstündən aşaraq televiziya lisenziyası ilə bağlı qışqırmağa başlayıb.
Bu barədə Metro.co.uk məlumat verir.
O qışqırıb: “Televiziya lisenziyası üçün kim pul ödəyir axı? Heç kim televiziya lisenziyası üçün pul ödəmir”.
Finalın hakimi Rob Spenser onu tutub və sonra təhlükəsizlik işçiləri müdaxilə edərək salondan çıxarıblar.
Aut.az
Ffs another clown 😩🤡 pic.twitter.com/Imt4mD5REq
— Out Of Context Snooker (@OOCSnooker) May 3, 2026

