Nüfuzlu turnirdə dağ keçisi idmançıya belə hücum etdi – VİDEO
Albaniyada keçirilən “Giro d’İtalia” yarışının üçüncü mərhələsi zamanı qeyri-adi hadisə baş verib.
Aut.az xəbər verir ki, Vloredə başlayan 160 kilometrlik yürüşün başlanğıcında yarışçılar kiçik dağ keçisi sürüsü ilə qarşılaşıblar.
Heyvanlardan biri aqressiv olub və “Intermarche Wanty! komandasının Yeni Zelandiyadan olan velosipedçisi Dion Smitə hücum edib.
Xoşbəxtlikdən idmançı hücumdan yayınaraq velosipedində qalmağı bacarıb.
Keçi idmançının üzərinə tullanmaq istəsə də, o, dərhal reaksiya verib, yolun kənarına çəkilib və toqquşmadan yayınıb. Keçi də uğursuz hücumdan sonra qayalıqlara tərəf qaçıb.
Aut.az
Goat recognizes the GOAT 🐐
Dion Smith is the chosen man for this Giro d’Italia 🩷 pic.twitter.com/sd3FrIiTUm
— Intermarché-Wanty (@IntermarcheW) May 11, 2025
