Tennis

Rusiyalı qadın tennisçi Alkarasdan görün nə oğurlayıb

Rusiyalı tennisçi Mirra Andreyeva ispaniyalı həmkarı Karlos Alkarasla ünsiyyət təcrübəsindən danışıb.

Aut.az xəbər verir ki, Andreyeva bu barədə jurnalistlərlə söhbətində bildirib.

“Konçitaya (Martines, Andreyevanın məşqçisi) ispan dilində ən azı bir neçə söz deyə bildiyimə görə təşəkkür edirəm. O, məni təbrik etdi, mən də ona uğurlar arzuladım. Hələlik bu qədər! Bəlkə gələcəkdə daha çox olacaq, amma hələlik belə.

Alkaras məşqdə maraqlı hərəkətlər edir. Konçita ilə mən hətta ondan bu hərəkətlərdən birini də oğurladıq. O, üç topla hoqqabazlıq edir və fitnes məşqçisi onları tutur. Biz bunu ondan oğurlamışıq almışıq, amma başqa heç nə”, – Andreyeva bildirib.

Romada keçirilən WTA-1000 turnirinin 1/8 final mərhələsində Andreyeva danimarkalı Klara Tauson ilə görüşəcək.

Aut.az