İspaniyaAlmaniya

“Real”ın marağına görə qiymətini qaldırdılar

“Borussiya Dortmund” mərkəz müdafiəçisi Niko Şlotterbekə maraq göstərən top-klublardan xəbərdardır.

Aut.az xəbər verir ki, 26 yaşlı futbolçu ilə uzun müddətdir maraqlanan klublardan biri Madrid “Real”ıdır. İspaniya nəhəngi ciddi zədə alan Eder Militao səbəbindən mərkəz müdafiəsini gücləndirmək üçün daha fəal axtarış aparır.

Bu xəbəri eşidən “Borussiya” Şlotterbek üçün qiyməti 60 milyon avroya yüksəldib. Bu barədə “Defensa Central” məlumat yayıb. Futbolçunun müqaviləsi bir ildən bir az çox müddətə qalır, lakin klub rəhbərliyi onu uzatmaq ümidindədir.

Niko Şlotterbeklə həmçinin “Bavariya”, “Barselona” və “Liverpul” də maraqlanır. Transfer danışıqlarının yanvar ayında baş tutması mümkündür.

Aut.az