Tarixə düşən futbolçu sıradan çıxdı
“Arsenal” klubunun vunderkindi Maks Douman zədə alıb.
Aut.az xəbər verir ki, o, yaxın oyunlarda komandaya kömək edə bilməyəcək. Bu barədə jurnalist Devid Ornştayn məlumat verib.
15 yaşlı futbolçuda topuq bağlarının zədələnməsi aşkarlanıb. Nəticədə təxminən iki ay yaşıl meydanlardan uzaq qalacaq. Douman zədəni “Mançester Yunayted”in gənclər komandası ilə qapalı qapılar arxasında keçirilən yoldaşlıq görüşündə alıb. Gözlənildiyinə görə, yarımmüdafiəçiyə əməliyyat lazım olmayacaq.
Cari mövsümdə Douman bütün turnirlərdə beş oyuna çıxıb və bir qol ötürməsi verib. O, Premyer Liqa tarixinin ən gənc oyunçusu rekordunu qırıb
