İngiltərə

Bukmekerlər əmindirlər: Salah “Liverpul”dan ayrılacaq – Hara gedəcək?

Bukmeker kontorları Məhəmməd Salahın qışda “Liverpul”u tərk edəcəyinə əmindir.

Aut.az xəbər verir ki, dekabrın 8-də rəhbərliyin və baş məşqçi Arne Slotun qərarından sonra futbolçunun Çempionlar Liqasında “İnter”lə oyun üçün heyətdən çıxarıldığı açıqlanıb. Salah daha əvvəl ardıcıl 3 matçda əsas heyətdən kənarda qaldıqdan sonra klubun ona qarşı rəftarını tənqid etmişdi.

Britaniya bukmeker kontorları 33 yaşlı misirlinin karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcəyinə inanır.

Bukmeker kontorlarına görə Salahın növbəti klubu:

  1. İstənilən Səudiyyə Ərəbistanı klubu – 1.16 əmsal
  2. PSJ – 5,50
  3. İstənilən MLS klubu – 9.00
  4. “Real” Madrid – 11:00
  5. “İnter” – 13:00.

Aut.az