Hönesdən Keyn açıqlaması: Belə yaşamaq nəyə lazımdır?
“Bavariya”nın fəxri prezidenti Uli Hönes hücumçu Harri Keyn ilə müqavilənin uzadılması ehtimalını dəyərləndirib.
Aut.az xəbər verir ki, Hönes bu barədə Almaniya mətbuatına danışıb.
“Onun hər il yanvarın sonuna qədər satın alma bəndi var idi. Biz onun müqavilənin sonuna – 2027-ci ilin yayına qədər burada qalacağını güman edirik. Əgər bu, bizdən asılı olsaydı müqaviləni uzadardıq.
Onun ailəsi çox xoşbəxtdir. Münhendə rahatlıqla öz işləri ilə məşğul ola bilərlər. Londonda Keynin mühafizəçiləri var idi. Belə yaşamaq nəyə lazımdır?” – Hönes bildirib.
Aut.az
