“Bavariya” əfsanəsi ilə bağlı qərar verdi
“Bavariya” hücumçusu Tomas Müllerin müqaviləsini uzatmağı planlaşdırır.
Aut.az xəbər veirr ki, bu barədə X sosial şəbəkəsində jurnalist Əkrəm Konur məlumat verib.
Mənbənin sözlərinə görə, Münhen təmsilçisinin rəhbərliyi Müllerin komandadakı liderlik rolunu, eləcə də klubun tarixinə verdiyi töhfəni anlayır. Buna görə də “Bavariya” onun 1 ildən sonra başa çatacaq müqaviləsini uzatmaq niyyətindədir.
Xatırladaq ki, sentyabrın 1-də Tomas Müller “Bavariya”nın heyətində 710-cu rəsmi oyununu keçirib. Bununla o, Zepp Mayerin nailiyyətini (709 oyun) keçərək, klubun oyun rekordçusu olub.
Aut.az
