Basketbol

“Fənərbağça”nın sabiq oyunçusu faciəvi şəkildə öldü

Türkiyənin ikinci liqasında mübarizə aparan “Çayirova Bələdiyyəsi” komandasının basketbolçusu İlkan Karaman faciəvi şəkildə olub.

Aut.az xəbər verir ki, 34 yaşlı oyunçunu avtomobill vurub.

“Karaman səkidə dayanıb yanacaqdoldurma məntəqəsində olan dostunu gözləyirdi. İdarəetməni itirən sərxoş sürücünün idarə etdiyi avtomobil səkiyə çıxaraq Karamanı vurub. İlkan hadisə yerində dünyasını dəyişib”, – deyə “Basketfaul” yazıb.

İlkan karyerası ərzində Türkiyənin “Tofaş”, “Karşıyaka”, “Fənərbağça”, “Beşiktaş” kimi məşhur komandalarında çıxış edib. “Fənərbaxça” ilə 2013-cü ildə ölkə kubokunu, 2014-cü ildə çempionatın qalibi olub.

Aut.az