Formula 1

20026-cı ilin heyəti: “Red Bull” pilotların adlarını açıqlayacaq

“Red Bull” komandasının direktoru Laurent Mekies komandanın Əbu-Dabi Qran Prisi öncəsi gələn mövsüm üçün pilot heyətini açıqlayacağını söyləyib.

Aut.az xəbər verir ki, Mekiesin sözlərini “Motorsport.com” sitat gətirib.

“Bircə onu deyə bilərəm ki, planımıza sadiq qalacağıq və sürücü heyətimizi çərşənbə axşamı elan edəcəyik. Əminik ki, bu, Əbu-Dabiyə olan diqqətimizi yayındırmayacaq”, – Laurent bildirib.

Daha əvvəl bildirilmişdi ki, İsak Acarın 2026-cı ildə Maks Ferstappenin komanda yoldaşı olacağı gözlənilir.

“Racing Bulls”da fransızın yerini “Red Bull”un gənclər komandasının pilotu Arvid Lindblad tutacaq. Yuki Tsunoda ikinci yer uğrunda Liam Lavson ilə rəqabət aparacaq.

Mətbuatda yayılan son xəbərlərə görə, məhz yeni zelandiyalı Formula1-dəki yerini qoruyacaq, Yuki Tsunoda isə ən azı 2026-cı ilə qədər komandasız qalacaq.

Xatırladaq ki, Əbu-Dabi Qran Prisi ərəfəsində “Red Bull”un lideri Maks Ferstappen çempionluq titulu uğrunda mübarizəni davam etdirir.

Aut.az