“Qarabağ” Çempionlar Liqasından nə qədər qazanıb?
UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edən komandaların indiyə qədərki gəlirlər açıqlanıb.
Aut.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ”ın da turnirdə qazancı müəyyənləşib.
Qurban Qurbanovun baş məşqçisi olduğu “köhlən atlar” indiyədək 30 milyon avro (təxminən 60 milyon manat) qazanıb.
Təmsilçimiz bu göstərici üzrə ümumi sıralamada 33-cü yeddədir. Bu baxımdan, təmsilçimiz yalnız “Union” (Belçika), “Pafos” (Kipr) və “Kayrat” (Qazaxıstan) komandalarını üstələyir.
Sıralamanın lideri isə 73,2 milyon avro ilə Fransanın PSJ klubudur.

