Azərbaycan futbolu

Əhmədov Avropa çempionu oldu

Portuqaliyanın Odivelas şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatının fərdi yarışların sonuncu günü keçirilir.

Aut.az xəbər verir ki, +90 kq. çəkidə yarışan cüdoçumuz  Ramazan Əhmədov final görüşünə çıxıb. Türkiyə təmsilçisi İbrahim Tataroğlu ilə üz-üzə gələn idmançımız rəqibinə qalib gələrək Avropa çempionu olub.

Digər cüdoçumuz Aslan Kotsoyev (81 kq) isə yarışı medalsız başa vurub.

Qeyd edək ki, bundan əvvəl  Məhəmməd Məmişov, -Mirxaliq İskəndərov,Məhəmməd Musayev, Əbil Yusubov, qızlar arasında Vüsalə Hacıyeva bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar,  Mehdi Cəfərov, Xədicə Qədəşova, Əhməd Rüstəmov isə bürünc medal qazanıblar.