Azərbaycan futbolu

Azərbaycan millisi İsraillə heç-heçə etdi

Azərbaycanın futbol üzrə amputant millisi Fransanın Evian şəhərində təşkil olunan Avropa çempionatında bu gün üçüncü matçına çıxıb.

Aut.az xəbər verir ki, yığma komanda İsraillə üz-üzə gəlib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Milli ilk matçında İrlandiyaya (0:1), daha sonra isə Türkiyəyə (1:12) uduzub. İsrail isə həmin komandalara müvafiq olaraq 1:2 və 0:6 hesabı ilə məğlub olub.