İngiltərəAvropa Liqası

Bu azarkeşlər vətənə qayıda bilmədilər: İngiltərədə həbs olundular

Birmingemdə “Aston Villa” – “Yanq Boyz” matçında baş verən iğtişaşlardan sonra İsveçrə klubunun bir neçə azarkeşi həbs edilib.

Aut.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Polisin məlumatına görə, “Yanq Boyz” azarkeşləri tribunada hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum edib, “Villa” azarkeşlərinə və meydançaya əşyalar atıb, pirotexniki vasitələrdən istifadə edib və təcili yardım xidmətlərinə hücum ediblər.

“Təhlükəsizliyi təmin etmək üçün “Aston Villa” və stüardlarla yaxından işlədik, lakin azarkeşlərin davranışı bizi qətiyyətli hərəkət etməyə məcbur etdi”, – polisin bəyanatında deyilir.

“Yanq Boyz hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etməyə hazır olduğunu açıqlayıb.

Nəticədə bir neçə azarkeş stadionda saxlanılıb, daha altı İsveçrə nümayəndəsi isə hava limanında həbs edilib – onlar hazırda həbsdədirlər.

Xatırladaq ki, oyun “Aston Villa”nın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Aut.az