Reşford üçün gözlənilməz variant: Əsas hədəf oldu
“Yuventus” “Mançester Yunayted”in vingeri Markus Reşfordu yay üçün əsas transfer hədəfi kimi müəyyənləşdirib.
Aut.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.
Mənbənin məlumatına görə, “qoca sinyora” futbolçunu kluba cəlb etmək planlarının həyata keçirilməsini sürətləndirmək niyyətindədir.
“Yuventus”un ingilisə marağı “Barselona”nın diqqəti fonunda yaranıb. İtaliya nəhəngi 27 yaşlı cinah oyunçusunun mövsümöncəsi təlim toplantısı başlamazdan əvvəl komandaya qoşulmasını istəyir.
Vurğulanır ki, hazırda Reşford əsas heyətdən ayrı məşq edir və ona yeni komanda tapmaq tapşırılıb.
Aut.az
