Kloppun 9 ildə 3 məğlubiyyəti: Slott cəmi bir ayda bu aqibətlə üzləşib
Yurgen Kloppun rəhbərliyi altında “Liverpul” “Enfild”də 238 matçda üç və ya daha çox qol fərqi ilə üç dəfə məğlub olub.
Arne Slotun rəhbərliyi altında “qırmızılar” oktyabrın sonu ilə noyabrın sonu arasında üç belə məğlubiyyətə uğrayıblar.
Aut.az xəbər verir ki, “Opta” bu barədə “X” sosial media saytında məlumat yayıb.
Bu müddətdə “qırmızılar” evdə Çempionlar Liqasında PSV (1:4), Premyer Liqada “Nottingem Forest” (0:3), İngiltərə Kubokunda “Kristal Pelas” (0:3) ilə qarşılaşıb.
Slot 2024-cü ilin yayından “Liverpul”a rəhbərlik edir. Klopp 2015-ci ilin oktyabrından 2024-cü ilin iyununa kimi “Liverpul”un baş məşqçisi olub.
Aut.az
