Sizi gördüyümə şad deyiləm: Kukurella Yamalı necə saxlayıb? – VİDEO
“Çelsi”nin müdafiəçisi Mark Kukurella “Barsa” ilə oyundan əvvəl Lamin Yamalı zərərsizləşdirmək üçün məşq edəcəyini söyləyərkən zarafat etdiyini güman etdik.
Amma deyəsən, o, məhz bunu etdi və sonra təcrübəni meydançaya köçürdü.
İspan “Barselona”nın forvardını tam bağladı. Təbii ki, matçdan sonra hamı onun Yamalın havasını necə aldığı ilə maraqlanırdı.
Aut.az xəbər verir ki, bu sualı oyunda ekspert kimi çalışan Portuqaliya millisinin baş məşqçisi Roberto Martines Kukurellaya verib.
Kukurella nəinki ətraflı cavab verib, həm də köhnə məsələni, yəni İspaniyanın Portuqaliyaya uduzduğu Millətlər Liqasının finalını xatırladıb:
“Əvvəla, sizi görməkdən məmnun deyiləm (gülür). Məncə, onun sol ayağı dominantdır. Onu daxildə hərəkət etməyə dəvət etsəm, komanda yoldaşlarımın orada olacağını düşündüm. Sonra isə onun daha zəif ayağı olan sağ tərəfində boşluq buraxdım. Əgər sağı ilə nəsə edə bilsəydi, onu təbrik etməliyikdik”.
Aut.az
