Kadırov dəvət etdi, UFC əfsanəsi Qroznıya gəldi – VİDEO
UFC tarixinin ən yaxşı döyüşçülərindən biri, amerikalı Con Cons (28-1, 11 KO) Çeçenistana səfəri ilə bağlı təəssüratlarını bölüşüb.
Aut.az xəbər verir ki, o, Çeçenistan rəhbəri Ramzan Kadırovdan dəvət aldığını deyib. Cons fikirlərini “X” sosial şəbəkəsində yazıb.
“Bu, inanılmaz idi. Prezident Kadırov məni dəvət etdi! Mən onun oğlunun 18 yaşını qeyd etdiyi mərasimdə iştirak etdim, ekzotik silahlar atdım, ən çox sevdiyim isə RPG idi. Mən heç vaxt bu qədər yemək görməmişdim, kral kimi yedim”, – o yazıb.
O, Ramzan Kadırovla çəkdirdiyi fotonu da yerləşdirib və belə yazıb: “Mən heç nə bilmirəm, heç nə görmürəm. Bircə onu bilirəm ki, bu adam gözəl sahibdir”.
Rusiya mətbuatının məlumatına görə, Cons Qroznı şəhərində daşınmaz əmlak alıb.
I don’t know anything, I don’t see anything. All I know is the man’s a great host. 🤐 https://t.co/fsPA1dEzz8 pic.twitter.com/CgUqFrwV8f
— Jonny Meat (@JonnyBones) November 25, 2025
Aut.az
