İngiltərə

“Çelsi”dən unikal seriya: Rekorda az qaldı

İngiltərə Premyer Liqasının 12-ci turunda “Çelsi” səfərdə “Börnli”ni məğlub edib və oyun 2:0 hesabı ilə başa çatıb.

Aut.az xəbər verir ki, “OptaJoe”nun məlumatına görə, “Çelsi” Premyer Liqa tarixində ardıcıl 50 oyunu start heyətində 30 yaşdan yuxarı futbolçu olmadan keçirən yalnız ikinci komandadır. Buna qədər belə göstərici 2012-ci ilin sentyabrından 2014-cü ilin yanvarınadək “Aston Villa” tərəfindən qeydə alınmışdı. Birmingem klubunun rekordu 59 oyundur.

12 turdan sonra “Çelsi” İngiltərə çempionatının turnir cədvəlində ikinci pillədə qərarlaşıb və aktivində 23 xal var. Komanda liderdən üç xal geri qalır. Növbəti turda Enzo Mareskanın yetirmələri “Arsenal”ı qəbul edəcək.

Aut.az