İngiltərə

“Siti” onun qiymətini müəyyənləşdirir:  potensial alıcıları gözləyir

“Tottenhem” “Mançester Siti”nin vingeri Cek Qrilişlə maraqlanır.

Aut.az xəbər verir ki, bu barədə “Ged me Sport” məlumat yayıb.

Mənbənin sözlərinə görə, hazırda futbolçunun dəyəri qiymətləndirilir. “Siti” bu yay potensial alıcıların olacağını gözləyir. “Tottenhem”  ən çox maraqlanan tərəflər arasındadır.

2021-ci ilin yayında Qriliş 117,5 milyon avroya “Mançester Siti”yə keçib ki, bu da klub tarixinin ən bahalı transferidir.

Qriliş bu mövsüm bütün turnirlərdə 26 oyuna çıxıb, 2 qol vurub və 5 məhsuldar ötürmə edib.

Aut.az