İspaniya

Flikdən soruşdular: Messini çalışdırmaq istəyərdinizmi?

“Barselona”nın baş məşqçisi Hansi Flik komandanın sabiq futbolçusu Lionel Messinin “Kamp Nou”ya gəlişi barədə danışıb.

Aut.az xəbər verir ki, almaniya mütəxəssisə “Lionel Messinin “Kamp Nou”da çəkilmiş fotosu barədə nə düşünürsünüz? Onu çalışdırmaq istəyərdinizmi” sualı ünvanlanıb. Flikin cavabı belə olub:

“Niyə də yox? O, son 10 il və ya daha çox dövrün ən yaxşı futbolçusudur. Mən həmişə onun oyununu yüksək qiymətləndirmişəm. Amma onun “İnter Mayami” ilə müqaviləsi 2028-ci ilə qədərdir, mənim isə 2027-ci ilə qədər. Düşünmürəm ki, bu, mənim üçün cavab verilməli olduğum sualdır”.

Aut.az